USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda qar örtüyünün hündürlüyü 32 sm olub - FAKTİKİ HAVA

29.01.2019 İqtisadiyyat
0 0
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, yanvarın 28-i gündüzdən 29-u səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb.

Departamentdən "Kommersant.az"-a verilən məlumata görə, düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında 2-38, Mərkəzi-Aran rayonlarında 2-14, Naxçıvan MR-da 5-21, Bakıda və Abşeron yarımadasında 5-9, Böyük Qafqazda 1-4, Qazax-Gəncə zonasında 0-4, Kiçik Qafqazda 2-4 mm olub.

Qar örtüyünün hündürlüyü Ağdərədə 32, Şahdağda 8, Qırızda 5, Xınalıqda 4, Sarıbaş, Daşkəsəndə 2 sm təşkil edib.

Qərb küləyi ayrı-ayrı yerlərdə 15-20 m/s olub, arabir 25 m/s-dək güclənib.