USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu tarixdə "Gənclik Veloyürüşü" keçirilir

29.01.2019 İqtisadiyyat
0 0
2 fevral Gənclər günü münasibətilə "İrəli" İctimai Birliyi, Azərbaycan Gənclər Fondu, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) təşkilatçılığı, "Böyük İpək Yolu" Beynəlxalq Gənclər Birliyi, Dənizkənarı Bulvar İdarəsi, Heydər Əliyev Mərkəzi və Respublika Olimpiya Velosiped Məktəbinin tərəfdaşlığı ilə ənənəvi "Gənclik Veloyürüşü" keçiriləcək.

"Kommersant.az" xəbər verir ki, veloyürüşün məqsədi gənclərdə sağlam həyat tərzinin formalaşması, velosiped mədəniyyətinin təbliği, gənclərin asudə vaxtının səmərəli təşkili və gənclər günü əhəmiyyətinin daha da artırılmasıdır.

"İrəli" İctimai Birliyi "Gənclər Günü", "Azərbaycan Dövlət Müstəqilliyi Günü" kimi əlamətdar günlərdə ənənəvi olaraq veloyürüş təşkil edib.

Qeyd edək ki, 2 Fevral Gənclər günü ənənəsinin əsası Ümumilli Lider Heydər Əliyev tərəfindən 1997-ci il sərəncamına əsasən qoyulub və Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunmağa başlayıb. Artıq bu il Azərbaycan gəncləri bu ənənənin 22-ci ilini qeyd edir.

3 fevral saat 11:00-da baş tutacaq "Gənclik Veloyürüşü" Azneft dairəsində start götürəcək və Heydər Əliyev Mərkəzində başa çatacaq.