USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Toyuq ətinə qadağa

30.01.2019 İqtisadiyyat
0 0
İran toyuq əti ixracını 2 ay müddətinə qadağan edib.

"Kommersant.az"ın məlumatına görə, bu barədə Bazarın Tənzimlənməsi üzrə Komitənin iclasında qərar verilib.

İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmani məhsullara ciddi şəkildə nəzarət edildiyini vurğulayıb.

Qeyd edək ki, İranda daxili bazarda toyuq ətinə tələbatı ödəmək üçün mütəmadi olaraq ixraca müvəqqəti qadağa tətbiq edilir.