USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezident sərəncam verdi

01.02.2019 İqtisadiyyat
0 0
Prezident İlham Əliyev Bakı şəhərində professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

"Kommersant.az"-ın məlumatına görə, sərəncama əsasən Bakı şəhərində professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.19.12-ci yarımbəndində göstərilən vəsaitin 11 468 300 (on bir milyon dörd yüz altmış səkkiz min üç yüz) manatı Səhiyyə Nazirliyinə ayrılıb.