USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Milli Məclisdə qazla bağlı - MÜHÜM TƏKLİF

01.02.2019 İqtisadiyyat
0 0
“Azəriqaz” evlərdə yeni sayğaclar quraşdırarkən dəm qazını xəbərdarlıq edən avtomatik xəbərdarlıq aparatları yerləşdirməlidir. Sayğaclar olan evlərdə isə bu aparatların quraşdırılması məcburi olmalıdır”.

"Kommersant.az" xəbər verir ki, bu sözləri millət vəkili Elmira Axundova Milli Məclisin bügünkü plenar iclasında çıxışı zamanı deyib. Millət vəkili bildirir ki, son vaxtlar dəm qazından zəhərlənmə və partlayışlar nəticəsində bəzən bir ailə, bəzən uşaqlar dünyasını dəyişir:

"Hesab edirəm ki, "Azəriqaz" Bakıdakı bütün tüstü-bacaların, qaz aparatlarının düzgün quraşdırılması ilə bağlı araşdırma aparlmalıdır. Bu tələblərə əməl etməyənlər konkret tədbirlər görülməlidir. Bəzi hallarda "Azəriqaz" əməkdaşları pozuntu aşkarlasa da, sərt tədbirlər görmür, təbii qazın verilişini dayandırmır. Növbəti dəfə aradan qaldırılmasını vətəndaşın ixtiyarına buraxır. Çox zaman isə problem həll edilmir, faciə ilə nəticələnir".

  • Əvvəlki

    Amerikanın müttəfiqi olan bu ölkə Venesuelladan qızıl alır

Digər xəbərlər

27.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
27.11.2024 İqtisadiyyat
Azərbaycan buğda idxalını azaldıb
0 0
27.11.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0