USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ərzaq məhsulları kəskin bahalaşıb - GÜRCÜSTANDA

04.02.2019 İqtisadiyyat
0 0
Ötən ay Gürcüstanda inflyasiya 1,3% təşkil edib.

"Kommersant.az" xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib. İllik inflyasiya isə 2,2% olub.

Yanvar ayında ölkədə ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 3,2%, tərəvəzlərin qiyməti 15,8%, meyvə və üzümün qiyməti 5,8%,süd, pendir və yumurtanın qiyməti 4,7%, çörək və yulafın qiyməti 1,4%, balığın qiyməti isə 1,4%, bahalaşıb.

Alkoqollu içkilər və tütünün qiymətində 5,8% bahalaşma qeydə alınıb.

İllik inflyasiyaya gəlincə, ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 3,2%, alkoqollu içkilər və tütünün qiyməti 10,1%, səhiyyə xərcləri 3,4%, nəqliyyat xərcləri isə 1,7% artıb.

  • Əvvəlki

    Bolkartdan SUPER YENİLİKLƏR: 40 gün GÜZƏŞT MÜDDƏTİ, 45%-dək BAL, 50% NAĞDLAŞDIRMA

Digər xəbərlər