USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“iPhone”un qiymətləri düşür

05.02.2019 İqtisadiyyat
0 0
“Apple” şirkəti ötən ilin sentyabr ayında yeni “iPhone” modellərini təqdim etmişdi.

"Kommersant.az" xəbər verir ki, gözlənilən satış qrafikini əldə edə bilməyən şirkət qiymətlərdə endirimə getmişdi. Son dövrlər Türkiyə bazarında dolların məzənnəsinin yüksəlməsi və "Apple"in bu ölkədəki məhsullarına qiymət artımını tətbiq etməsi, şirkətin məhsullarını belə demək mümkünsə avtomobil qiymətləri ilə yarış içinə salmışdı. "Apple"in baş icraçı direktoru Tim Kuk daha əvvəlki açıqlamasında qeyd etmişdi ki, "Biz builki satış hədəflərinə çatacağımızı gözləmirik. O, sıxıntı yaşadığı bazarlar arasında Türkiyə, Rusiya, Hindistan, Braziliyanın adını çəkmişdi".

"Apple" "iPhone"un qiymətlərində endirimə gedir

Tim Kuk "Reuters"ə açıqlamasında deyib ki, onlar açar tarixlərdə ilk dəfə "iPhone" satışlarında enmə yaşayıb. "iPhone qiymətlərini yerli səviyyədə istehlak edilə bilən hala salmağa qərar verdik", - deyə T.Kuk əlavə edib. "Apple"ın "iPhone" satışlarının düşməsindən sonra, etdiyi endirim Amerikan müştərilər üçün faydalı olsa da, Çin, Türkiyə kimi milli valyutası dollar qarşılığında dəyər itirən ölkələrdə telefonun qiymətlərini bir öncəki ilə görə daha çox bahalı hala gətirib. Bazarda olduğu 12 ildə ikinci dəfə endirimə gedən "Apple" milli valyutası dollar qarşısında dəyər itirən ölkələrdə yeni qiymət strategiyası həyata keçirəcək. Tim Kuk açıqlamasında qeyd edib ki, Türkiyədəki TL bir öncəki ilə görə 33% dəyər itirib. O, əlavə edib ki, nəticədə satışları bir öncəki ilə görə, 700 milyon dollar daha az olub. Tim Kuk bildirib ki, Braziliya, Hindistan, Rusiyada milli valyutadan qaynaqlanan sıxıntılar mövcuddur. O, məzənnə fərqi ilə bağlı olaraq problem yaşanan ölkələrdə endirimə gedəcəklərini bildirib.
Qeyd edək ki, baş icraçı direktor hələki endirimin miqdarı və vaxtı ilə bağlı informasiya verməyib.

Autograph