USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ötən il Azərbaycan meşələrindən 60 ton meyvə, ağac və kol toxumları yığılıb

06.02.2019 İqtisadiyyat
0 0
Ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti Azərbaycanın 42,3 min hektar meşə fondu torpaqlarına xidmət göstərib, o cümlədən 10,2 min hektarda meşəbərpa tədbirləri aparılıb.

"Kommersant.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.

Görülən tədbirlər çərçivəsində 2,5 min hektar sahədə yeni meşə ağacları əkilib, o cümlədən 36,1 hektar sahədə meyvə, ağac və kol cinslərinin toxumları səpilib və 7,7 min hektar sahədə meşələrin təbii bərpasına kömək tədbirləri həyata keçirilib. Bundan başqa, 46,9 min hektar meşə fondu torpaqlarında birdəfəlik suvarma işləri aparılıb.

Ümumilikdə 2018-ci ildə meşə ilə örtülü sahələrdən 59,7 ton meyvə, ağac və kol cinsləri toxumları tədarük edilib ki, bunların da 14,5 tonu qoz, 3,1 tonu şabalıd, 2,5 tonu ərik, 1,7 tonu badam, 1,2 tonu şaftalı, 0,5 tonu gilas, 0,3 tonu xurma, 0,1 tonu fındıq toxumlarının payına düşüb.

Qeyd edək ki, Nazirlər Kabineti Azərbaycanda qadağan edilən sahələrdə meşə sərvətlərinin tədarükü və yığılması nəticəsində meşə təsərrüfatına vurulmuş zərərə görə ödənişlər müəyyənləşdirib.