USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

BP 240 azərbaycanlını işə götürüb

18.05.2018 İqtisadiyyat
0 0
2018-ci ilin 1-ci rübünün sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2688 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. Bu, şirkətin Azərbaycanda ixtisaslı işçilərinin 89%-dən çoxunu təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir.

"Kommersant.Az" BP-nin Bakıdakı ofisinin yaydığı məlumata istinadən xəbər verir.

2017-ci ilin sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2448nəfər təşkil etmişdi. Beləliklə, 2018-ci ilin Yanvar-Mat dövründə BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 240 nəfər artıb.

2016-cı ilin sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 817 nəfər idi. Ötən il BP-də işləyən Azərbaycan vətəndaşlarının sayı 369 nəfər azalmışdı.

BP-nin 2018-ci ilin sonunadək ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilər isə artıq 100% yerli vətəndaşlardan ibarətdir.