USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ETSN nümayəndəsi: "Son dörd ayda 16500 ədəd zeytun, badam, nar və tut ağacları əkilib"

18.05.2018 İqtisadiyyat
0 0
“2018-ci ilin 4 ayı ərzində 35 hektarda 16500 ədəd zeytun, badam, nar və tut ağacları olmaqla, yeni aqrobağlar salınıb”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Yaşıllaşdırma və Landşaft Quruluşu" Açıq Səhmdar Cəmiyyətinin sədri Ramiq Əşrəfov Ekologiya və Təbii Sərvətlər Nazirliyindən keçirilən mətbuat konfransında deyib.

R. Əşrəfov bildirib ki, 2018-2021-ci illər ərzində 1610,5 hektar sahədə yeni aqrobağların salınması nəzərdə tutulur: "Hazırda tinglik sahələrdə 2535 870 ədəd müxtəlif cinsli tinglərrin yetişdirilməsi nəzərdə tutulur. 4443 hektar yaşıllaşdırma sahəsi mövcuddur. Yaşıllıqlar altı istiqamətdə aparılıb. Aparılan yaşıllıq ərazilərinin 2000 hektarından çoxu zeytun ağaclarıdır. Heç vaxt ağac bitməyən ərazilərdə landşaft salınıb, yaşıllıqlar təmin edilib".