USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İqtisadiyyat Nazirliyinə şikayətlər nədəndir?

18.05.2018 İqtisadiyyat
7 4
Bu müraciətlərin 600-dən çoxu canlı rejimdə birbaşa, digər hissəsi isə səsli menyu vasitəsilə cavablandırılıb. Ümumilikdə, fəaliyyətə başladığı 2009-cu ildən indiyədək İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 76 mindən çox müraciət daxil olub.

Ötən ay daxil olmuş müraciətlər əsasən, lisenziyaların verilməsi, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin alınması, istehlakçıların hüquqlarının müdafiəsi, qrant müqavilələrin (qərarların) qeydə alınması, investisiya təşviqi və təsdiqedici sənədlərin verilməsi, eləcə də Nazirliyin səlahiyyətlərinə aid digər məsələləri əhatə edib.

Çağrı Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər isə Nazirliyin aidiyyəti strukturları tərəfindən araşdırılmaqla qanunvericiliyə uyğun tədbirlər görülüb və müraciət edən şəxələrə cavab verilib.

Qeyd edək ki, 195-2 Çağrı Mərkəzi ilə ölkə ərazisində bütün stasionar və mobil telefonlardan istifadə etməklə birbaşa əlaqə saxlamaq mümkündür. Stasionar telefonlardan daxil olan zənglər və 195-2 tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.