USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İnkassator bankın 3,4 milyon avrosunu qaçırdı

13.02.2019 İqtisadiyyat
0 0
Banklar pullarını daşıyacaq adamları – inkassatorları ehtiyatla seçməyə çalışır. Amma onlar heç də həmişə bankın etimadını doğrultmur. Fransada baş verən bir hadisə də buna sübutdur.

"Kommersant.az" Fransa mətbuatına istinadən xəbər verir ki, ölkənin şimalındakı Obervilye kəndində inkasator bankın 3,4 milyon avrosunu qaçırıb. İki həmkarı "Western Union" şöbələrindən birinə pulları daşıyan vaxtda o, əlinə keçən məbləğlə aradan çıxıb.

Həmin adamı həbs etmək mümkün olub. Fransa polisi onu Amyen şəhərində ələ keçirib. Pulun hamısı hələ tapılmayıb.

2009-cu ildə Rusiyada inkassator bankın 250 milyon rublunu (təxminən 3,81 milyon dollar) aparmışdı. Onda bütün ölkə prosesi izləyirdi. Çünki Aleksandr Şurmanı ələ keçirmək asan deyildi. Amma inkassator çox gizlənə bilmədi və 7 il həbs cəzası aldı. Şurman 250 milyon rublu xərcləməyə imkan tapmamışdı.