USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya hökumətinin yeni tərkibi müəyyənləşdi

18.05.2018 İqtisadiyyat
0 0
Vladimir Putin baş nazir Dmitri Medvedev tərəfindən təqdim olunan hökumətin yeni tərkibinin siyahısını təsdiqləyib.

Görüş Rusiya prezidentinin iqamətgahında baş tutub.

Putin qeyd edib ki, Medvedevlə bütün namizədləri müzakirə edib.

"Həmin şəxslər çox təcrübəli və tanınandır", – prezident vurğulayıb.

Kimlər baş nazirin müavini oldular?

Baş nazirin birinci müavini Anton Siluanov olub.

Tatyana Qolikova, Aleksey Qordeyev, Dmitri Kozak, Vitali Mutko, Yuri Borisov, Olqa Qolodets, Maksim Akimov, Yuri Trutnev və Konstantin Çuyçenko da baş nazirin müavini təyin ediliblər.

Silunov baş nazirin birinci müavini kimi maliyyə-iqtisadi blokunu, Qolikov – sosial bloku, Qordeyev – aqrar-sənaye kompleksini, Kozak – energetika və sənaye blokunu, Mutko – tikinti, Borisov – müdafiə sənayesi kompleksini, Qolodets – mədəniyyət və idman blokunu, Akimov – rəqəmsal iqtisadiyyat, nəqliyyat və rabitə blokunu idarə edəcək.

Trutnev Uzaq Şərq Federal Dairəsinin səlahiyyətli nümayəndəsi, Çuyçenko isə hökumət aparatının rəhbəri olacaq.

Kimlər postunu saxladı?

Rusiya xarici işlər naziri Sergey Lavrov, daxili işlər naziri Vladimir Kolokolsev, mədəniyyət naziri Vladimir Medinski, ədliyyə naziri Aleksandr Konovalov, səhiyyə naziri Veronika Skvorsova, müdafiə naziri Sergey Şoyqu, sənayə və ticarət naziri Denis Manturov, idman naziri pavel Kolobkov, iqtisadi inkişaf naziri Maksim Topilin və energetika naziri Aleksandr Novak öz postlarını qoruyub.

Kimləri təyin etdilər?

Yeni kənd təsərrüfatı naziri Dmitri Patruşev, tikinti naziri Vladimir Yakuşev, ekologiya naziri Dmitri Kobılkin olub.

Nəqliyyat naziri Yevgeni Ditrix, Uzaq Şərqin inkişaf naziri – Amur vilayətinin qubernatoru Aleksandr Kozlov təyin olunub.

Fövqəladə hallar naziri vəzifəsində Vladimir Puçkovu Yevgeni Ziniçev əvəz edib.

Maarif naziri Olqa Vacilyeva, elm və ali təhsil naziri Mixail Kotyukov olub.

Hökuməti yanında analitik mərkəzinin rəhbəri Konstantin Noskov rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiyalar naziri təyin edilib.

Yeni hökumətin tərkibinə kimlər daxil olmadı?

Aleksandr Tkaçev, Mixail Men, Nikolay Nikiforov, Vladimir Puçkov, Aleksandr Xloponin, Sergey Donskoy, Maksim Sokolov, Aleksandr Qaluşka, Lev Kuznetsov, Dmitri Roqozun, İqor Şuvalov, Arkadi Dvorkoviç, Mixail Abızov yeni hökumətin tərkibinə daxil olmayıb.

Tkaçev keçmiş hökumətdə kənd təsərrüfatı naziri, Men tikinti naziri, Nikiforov rabitə naziri, Puçkov fövqəladə hallar naziri, Donskoy ekologiya naziri, Sokolov nəqliyyat naziri, Abızov açıq hökumət məsələləri üzrə naziri, Kuznetsov Şimali Qafqazın inkişafı naziri, Qaluşka Uzaq Şərqin inkişafı naziri olub.

Xloponin, Roqozin, Şuvalov və Dvorkoviç baş nazirin müavini postunu tutmuşdu.