USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Məşhur geyim brendləri Azərbaycanda istehsal oluna bilər

19.05.2018 İqtisadiyyat
0 0
Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyası ölkədə geyim istehsalını təşkil etmək üçün məşhur xarici şirkətləri cəlb etmək niyyətindədir.

"Kommersant.Az" bildirir ki, bunu Assosiasiyanın sədri Mehriban Axundova deyib.

M.Axundovanın sözlərinə görə, bu, istehsal olunan məhsulun maya dəyərinin azaldılması məsələsinin həll olunmasından sonra həyata keçirilə bilər:

"Bu gün Azərbaycanda tekstil istehsalının maya dəyərinin azaldılması, hazır məhsulun ortalama dünya səviyyəsinə çatdırılması məsələsi aktualdır. Söhbət istənilən növ geyimdən, xüsusilə trikotaj və uşaq geyimlərindən gedir. Bunu düymə, yapışqan kimi materialların idxalına gömrük rüsumlarının azaldılması hesabına etmək olar. Rüsumların azaldılması tikiş istehsalının inkişafına gətirib çıxaracaq. Eyni zamanda bazara sərfəli qiymətlərlə Pakistandan, Türkiyədən və Çindən geyim gətirilir ki, bunlar da sintetik materiallardan hazırlanır".

M.Axundova bildirib ki, bu məsələnin həll olunması məqsədilə Assosiasiya Azərbaycan hökumətinə müraciət edəcək.

  • Əvvəlki

    "Blokçeyn texnologiyalarının tətbiqi imkanları” mövzusunda seminar keçirilib

Digər xəbərlər