USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazir vergidən gizlədilən milyardlardan danışdı - MİKAYIL CABBAROV

18.02.2019 İqtisadiyyat
0 0
"Sizə bəzi rəqəmləri demək istəyirəm. Bu rəqəm həmin məsələlərlə bağlı müəyyən fikir yaradacaq. 2018-ci ildə aparılan vergi nəzarəti tədbirləri nəticəsində iri topdansatış obyektlərində 930. mln manat, market şəbəkələrində 122 mln. manat, özəl tibb müəssisələrində isə 230 mln manat vəsaitin vergidən gizlədilməsi aşkar edilib", - deyə nazir bildirib.

"Kommersant.az" xəbər verir ki, M.Cabbarov 2018-ci ildə hər 1000 vergi ödəyicisinin dördündə səyyar vergi yoxlaması aparıldığını deyib. Bu yoxlamalar 0,4 faiz göstərici deməkdir.

"Uçot sisteminin gizlədilməsi bazarın qeyri-sabitliyinə, neqativ hallara münbit şərait yaradırdı. Bu problemin həlli istiqamətində ciddi irəliləyiş əldə edilsə də biz səylərimizi davam etdirəcəyik"-nazir deyib.

M.Cabbarovun sözlərinə görə, ötən illərdə uçot sisteminin bərpası üçün sahibkarlara vaxt verilib. Bununla bağlı, bir sıra sahibkarlara qarşı vergi qanunvericiliyi çərçivəsində mübarizə aparılıb: "Artıq hamı anladı ki, bulanıq suda balıq tutmaq zamanı bitib".

  • Əvvəlki

    Paytaxtda 180 restoran bağlanıb - BU SƏBƏBDƏN

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0