USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda ÜDM istehsalı artıb

20.02.2019 İqtisadiyyat
0 0
2019-cu ilin yanvar ayında Azərbaycanda 5929,5 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

Dövlət Statistika Komitəsindən "Kommersant.az"a verilən məlumata görə, ÜDM istehsalının 45,9 faizi sənayenin, 10,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrinin, 5,6 faizi tikintinin, 7,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 17,2 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 6,4 faizini təşkil edib.

İqtisadiyyatın neft sektorunda istehsal olunmuş əlavə dəyər 3,2 faiz, qeyri-neft sektorunda isə 2,7 faiz artıb.

Əhalinin hər nəfərinə düşən ÜDM 601,1 manata bərabər olub.

  • Əvvəlki

    Xarici valyutaların manata qarşı məzənnələri

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0