USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aİ Danske Bank-da Rusiya pullarının yuyulması ilə bağlı təhqiqat açıb

20.02.2019 İqtisadiyyat
0 0
Avropa İttifaqının banklara nəzarət xidməti Rusiya pullarının Danimarkanın Danske Bank-ında yuyulması işi bağlı Danimarka və Estoniyanın nəzarət orqanlarına dair təhqiqat işi açıb.

Avropa Banklara Nəzarət Xidməti Danimarka və Estoniyanın maliyyə təftişi idarələrinin Avropa İttifaqının qanunvericiliyi çərçivəsində öz öhdəliklərinə əməl edib-etmədiyini araşdıracaq. Danske Bank bundan əvvəl Rusiya və MDB ölkələrindən müştərilərin 8 milyard dollardan çox pulunun yuyulmasında ittiham edilib.

Estoniyanın 2018-ci il iyul ayında Danske Bankı-nın Estoniya şöbəsinin fəaliyyəti ilə bağlı cinayət işi qaldırdığı haqda məlumat verilmişdi. İstintaqın versiyasına görə, bankın Estoniya filialı 2007-ci ildən 2015-ci ilə qədər ümumi məbləği 8 milyard dollardan artıq pulun yuyulmasında iştirak edib. Skandalla əlaqədar Danske Bankın rəhbəri Tomas Borgen istefa verib.

2013-cü ildə Danske Bank-dan "heyrət doğuran məbləğ" – 30 milyarda qədər dolların keçirildiyini bildirib. Keçən il məlum olub ki, Danimarka hökuməti 2007-ci ildən 2015-ci ilə qədər 150 milyard dollar məbləğində sövdələşmələrlə bağlı yoxlama aparır.

Danske Bank-ın Estoniya şöbəsinin işi ilə bağlı ABŞ hökuməti də öz tərəfindən təhqiqat aparır. 2018-ci il iyul ayında sahibkar Bill Brauder banka qarşı iddia qaldırıb. O bildirib ki, bank Rusiyadan pulların fırıldaq yolu ilə çıxarılması üçün əsas kanallardan biri olub. Bu işin üstü Hermitage Capital fondunun hüquqşünası, Moskva həbsxanasında ölən Sergey Maqnitski tərəfindən açılmışdı. Rusiya prezidentinin qohumu İqor Putindən də bank vasitəsilə pulların yuyulmasında iştirak etməkdə şübhələnilir.

Dankse Bank fevralın 19-da Rusiya, eləvə də Latviya, Litva və Estoniyada fəaliyyətini dayandırdığını elan edib. Estoniyada bank Maliyyə təftişi şöbəsinin tələbi ilə bağlanıb. Digər ölkələrdə isə bankın bağlanmasının səbəbinin çirkli pulların yuyulması strategiyası çərçivəsində səylərlə bağlı olduğu bildirilir.(Amerikanın Səsi)