USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu il ən çox maaş artımı bu sahələrdə oldu - SİYAHI, TƏHSİL İÇŞİLƏRİ İLK SIRADA

20.02.2019 İqtisadiyyat
0 0
Ölkədə 10 sahə üzrə əməkhaqlar artıb, 9-u üzrə azalıb.

"Kommersant.az" xəbər verir ki, Azərbaycanda 2019-cu il yanvarın 1-nə olan rəsmi göstəriciyə görə qeyri-dövlət sektorunda çalışanların əmək haqlarında ən çox artım təhsil (18% illik artım) sahəsində və daşınmaz əmlakda (16% illik artım) çalışanlar olub.

Ən çox əmək haqqı alanların siyahısında isə peşə, elmi və texniki fəaliyyət, maliyyə və sığorta fəaliyyəti İnformasiya və rabitədə çalışanlar var.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə özəl sektorda çalışanların əmək haqqı ortalama 3% azalaraq 690,4 manat təşkil edib.

Ən çox əməkhaqqı azalması 15% ilə tikinti sektorunu əhatə edir.

Banker.az