USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan qaz hasilatını artıracaq

21.02.2019 İqtisadiyyat
0 0
2019-cu ildə Azərbaycanda qaz istehsalının 20 faiz artacağı gözlənilir.

"Kommersant.az"ın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) hesabatında deyilir.

Bundan başqa hesabatda qeyd olunur ki, neft hasilatı ötən illə müqayisədə stabil səviyyədə qalacaq.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda neft hasilatı 38,8 milyon ton təşkil edib. Qaz hasilatı isə ötən il 30,42 milyard kubmetrə bərabər olub.