USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Daha bir tankerin tikintisi başlayır

21.02.2019 İqtisadiyyat
0 0
“Laçın” neftdaşıyan tankeri tikintisinin növbəti mərhələsi üçün suya buraxılıb.

"Kommersant.az" xəbər verir ki, mərasimdə iqtisadiyyat naziri Şahin Mustafayev, Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sədri Rauf Vəliyev iştirak edib. Bildirilib ki, tankerin gövdə hissəsinin tikintisi 100 faiz tamamlanıb. Bu, 860 min xəsarətsiz iş saatı deməkdir. Qalan tikinti və quraşdırma işləri Gəmiqayırma Zavodunun yanalma körpüsündə davam etdiriləcək. Bu məqsədlə neft tankeri zavodun tikinti-quraşdırma sahəsindən üzən dok üzərindən hidravlik arabacıqlar vasitəsilə suya salınıb. Gəminin inşası tam bitdikdən sonra dəniz-istismar sınaqlarına başlanacaq. Tankerin iyunda təhvil verilməsi planlaşdırılır.

© AZƏRTAC