USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda daha effektiv statistika sistemi yaradılacaq

22.02.2019 İqtisadiyyat
0 0
Ölkədə iqtisadi islahatların həyata keçirilməsi və monitorinqi prosesində tələb olunan daha keyfiyyətli statistik məlumatlarla istifadəçiləri təmin etmək üçün Dövlət Statistika Komitəsinın potensialı gücləndiriləcək.

"Kommersant.az"-ın məlumatına görə, bu barədə bu gün Bakıda Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən "Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi" layihəsi çərçivəsində konfransda məlumat verilib.

Bu məqsədə nail olmaq üçün milli statistika sisteminin beynəlxalq və Aİ standartlarına tam uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir.

Tədbirdə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, komitənin uğurla həyata keçirdiyi iki Tvinninq layihəsindən sonra "Avropa standartlarına çatmaq üçün Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi" layihəsi də rəsmi statistikanın təkmilləşdirilməsinə töhfə verəcək və daha effektiv statistika sisteminin yaradılmasını sürətləndirəcək.

Onun sözlərinə görə, Azərbaycanda statistikanın keyfiyyət göstəricilərinin yüksəldilməsi üçün tədbirlər görülür: "BMT Avropa İqtisadi Komissiyası, Avropa İttifaqının Statistika Bürtosu audit keçirib. Statistika istehsal proseslərinin keyfiyyəti də qiymətləndirlib və Azərbaycan İSO 9001-2015 uyğunluq sertifikatı alıb. Maktroiqtisadi göstəricilərin müəyyən olunması üçün çox önəmli əhəmiyyət daşıyan istehsal indekslərinin hesablanmasının təkmilləşdirilməsi, istehsalçı qiymət indeksinin əhatə dairəsinin genişləndirilməsi, bu layihələr çərçivəsində tətbiqinin genişləndirilməsi, eyni zamanda kadr potensialının artırılması nəzərdə tutulub. Keyfiyyətin idararəedilməsi prosesində islahatların aparılması və mövsümi dəyişiklikliyə uyğun dinamika sıralamasında korrektələrin edilməsi də təcrübəsi də öyrəniləcək".

Layihə üzrə Aİ-nin tərəfdaş ölkələrindən biri kimi çıxış edən Litva Statistika Departamentinin Baş direktoru xanım Vilija Lapeniene Avropa Statistika Sistemində statistik biznes proseslərin inkişafı və standartlaşdırılması sahəsində təcrübəsini bölüşüb, layihə çərçivəsində keyfiyyətin idarə edilməsi sahəsində Litva Statistika Departamentinin təcrübəsinin öyrənilməsi məqsədilə 2018-ci ildə Dövlət Statistika Komitəsi mütəxəssislərinin bir qrupunun bu ölkəyə təlim səfərinin, litvalı ekspertlərin isə ölkəmizə səfərlərinin baş tutduğunu vurğulayıb.

Report