"Təəssüf ki, 2009-ci ildən Azərbaycanda bakalavr pilləsi üzrə ixtisasların sayı 700-dən azaldılaraq 140-a endirilib. Ləğv olunan ixtisaslar arasında gömrük işi də olub”.
"Posta.az" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Akademiyasının rəisi Qulu Novruzov deyib.
"O vaxtdan gömrük işi ixtisasına qəbul dayandırıldı. Nazirlər Kabinetinin bu qərarından sonra Prezidentin sərəncamı ilə rəhbərlik etdiyim akademiya yaradıldı və 2014-cü ildə akademiya fəaliyyətə başladı. Ancaq gömrük işi ixtisası bu günə qədər təsnifata salınmayıb. Bununla bağlı DGK müvafiq qurumlara müraciət edib. Ümid edirik ki, bu işə müsbət yanaşılacaq. Bu gün hazırlanan gömrük mütəxəssisləri 2009-ci ilə qədər hazırlanan mütəxəssislərdən köklü sürətdə fərqlənir", - o bildirib.
Q.Novruzov həmçinin əlavə edib ki, Akademiyanın yeni binası olacaq: "Komitə yaxın bir il ərzində bizi yeni bina ilə təmin edəcəyinə söz verib".