USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Evlərin qiyməti düşür - SƏBƏB

25.02.2019 İqtisadiyyat
0 0
“Bu ilin yanvar ayının nəticələrinə görə, mənzil bazarında durğunluq və ucuzlaşma müşahidə olunur”.

"Kommersant.az" xəbər verir ki, bunu mənzil bazarında alış və satış aktivliyi haqqında danışarkən "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov söyləyib. O bazarda durğunluğun səbəbini bu cür izah edir:

"Hazırda bütün seqmentlər üzrə mənzil bazarında ucuzlaşma müşahidə olunur. Bu durumun səbəbi yeni ilin başlanğıcı ilə əlaqədardır.

Kredit təşkilatları bazara pul buraxmırlar, gözləmə mövqeyinə çəkiliblər və hesabat –uçotlar aparılır. Həmçinin, insanlar da hələlik bu ilə öz palanlarını tam qurub, dəqiqləşdirə bilməyiblər. Yeni situasiya deyil, hər ilin əvvəlində - yanvar-fevral aylarında aktivlik aşağı düşür, qiymətlər ucuzlaşır.

Mənzil bazarında canlanma isə əsasən mart ayında, Novruz bayramından sonra başlayır. O dövrdə mütləq ki, qiymətlər də əvvəlki səviyyəsinə qayıdacaq, bahalaşacaq".

Modern.az

  • Əvvəlki

    Sabah bu yollar bağlı olacaq - SİYAHI

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0