2019-cu il ərzində iqtisadi islahatlar davam etdiriləcək və dərinləşdiriləcək. Bu gün islahatların dərinləşdirilməsi üçün əlverişli şərait var.
"Kommersant.az" xəbər verir ki, bunu prezident İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə deyib. Prezident qeyd edib ki, cari ilin yanvar ayında ÜDM-in artımı 3%-ə yaxın təşkil edib. "Bu, son 2-3 il ərzində ən yüksək göstəricidir və 2019-cu il ərzində iqtisadi artımın yüksək templərini gözləməyə əsas verir", - deyə o vurğulayıb.
İ.Əliyev bildirib ki, yanvarda qeyri-neft sənayesində artım 14%-ə yaxın təşkil edib, bu da "dünyada ən yüksək göstəricilərdən biridir".
"Azərbaycanda iqtisadi və makroiqtisadi vəziyyət sabitdir. Milli valyutanın məzənnəsi də sabitdir, inflyasiya çox aşağı səviyyədədir. Bu, islahatların yaxşı nəticə verdiyini göstərir. 2019-cu il ərzində ciddi islahatlar irəliləyiş, əhalinin rifahının yaşılaşdırılması üçün şəraiti təmin edəcək", - deyə prezident bəyan edib.
Qeyd edək ki, 2019-cu ildə Azərbaycan hökuməti ÜDM-in 3,6% səviyyəsində artımını gözləyir. 2018-ci ildə isə iqtisadi artım 1,4% təşkil edib.