Novruz bayramının yaxınlaşması ilə əlaqədar martın 2-dən etibarən paytaxtın bütün rayonlarında Novruz yarmarkaları açılacaq.
"Kommersant.az" xəbər verir ki, bu yarmarkalarda olan malları bazar qiymətlərindən xeyli ucuz olacaq. Respublikanın müxtəlif bölgələrindən gəlmiş fermerlər şəhər sakinlərinə geniş çeşiddə olan kənd təsərrüfat mallarını təqdim edəcəklər. Məhsulların keyfiyyəti və qiymətlərinə müvafiq qurumlar nəzarət edəcək.
Həmçinin, paytaxt sakinlərinin rahatlığı üçün 12 yerdə, ilk növbədə, metro stansiyalarının yaxınlıqlarında 23-dən çox Novruz çadırları quraşdırılıb.