USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Amazon" şirkəti ABŞ-da 90-a yaxın şirkətini bağlayır

07.03.2019 İqtisadiyyat
0 0
"Amazon" onlayn pərakəndə satış şirkəti özünün xırda ticarət üçün nəzərdə tutulan bütün 87 məntəqəsini bağlamaq niyyətindədir.

"Kommersant.az" xəbər verir ki, bu barədə çərşənbə günü "The Wall Street Journal" nəşri yazıb.

Nəşrin yazdığına görə, şirkət nümayəndələri bu məlumatı təsdiq ediblər. Onlar söhbətin ABŞ-dakı mini mağazaların mövcudluğunu nəzərdə tutan proqramın aprelin sonlarında tam olaraq dayandırılmasından gedir. Onların əksəriyyəti ümumilikdə 21 ştat ərazisində yerləşən ticarət mərkəzlərinin binalarındadır.

Açıqlamada bildirilir ki, "Amazon" artıq öz əməkdaşlarını ticarət nöqtələrinin bağlanacağı barədə məlumatlandırıb. ABŞ-dan kənarda yerləşən bu tip mağazaların aqibətinin necə olacağı isə hələ ki, məlum deyil.

Reprot