USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sovet dövrünə aid əmək kitabçaları dəyişdirilir?

07.03.2019 İqtisadiyyat
0 0
Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli qərarına əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

"Kommersant.az" xəbər verir ki, əmək kitabçalarının hazırlanması və işəgötürənlərə verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikasında dövlət dili haqqında qanun

Azərbaycan Respublikasında dövlət dili haqqında qanunun 14 maddəsinə əsasən Azərbaycan Respublikasının dövlət dilinin əlifbası latın qrafikalı Azərbaycan əlifbasıdır.

15 maddə də qeyd olunur Azərbaycan Respublikasında dövlət dilində nəşr olunan çap məhsulları latın qrafikalı Azərbaycan əlifbasında buraxılmalıdır. Azərbaycan yazı mədəniyyətinin tarixində mühüm rol oynamış ərəb və kiril əlifbalarından xüsusi hallarda (lüğətlərdə, elmi nəşrlərdə ədəbiyyat göstəricisi və s.) istifadə edilə bilər. 16 maddədə qeyd olunur ki. Azərbaycan Respublikası vətəndaşlarının doğum və nikah haqqında şəhadətnamələri, şəxsiyyət vəsiqəsi, əmək kitabçası, hərbi bileti və yalnız, ölkə daxilində etibarlı sayılan digər rəsmi və vahid nümunəli sənədlər dövlət dilində tərtib edilir.

Yuxarıdakılara əsasən, sovet dövründə verilən əmək kitabçalarına məhdudiyyət yoxdur. baxmayaraq ki, 16 maddə qeyd olunur ki, dövlət dilində tərtib olunmalıdır. Sadəcə daxilindəki məlumatlar dövlət dilinin əlifbası latın qrafikalı Azərbaycan əlifbası ilə yazılmalıdır.

Əgər sovet dövründə verilən əmək kitabçası itərsə o halda yeni qanunvericiliyə uyğun əmək kitabçası verilməlidir.

Bundan əlavə sovet dövründə hərbi bilet almış şəxslərdə yenisi ilə hərbi bileti əvəz etmək məcburiyyətində deyillər. Eləcə də nikah haqqında, doğum haqqında şəhadətnamə həmçinin. Amma sovet dövründə verilən pasport ona görə əvəz edilir ki, bu qanunvericiliyin tələbidir.

  • Əvvəlki

    Bank VTB (Azərbaycan) “Sərfəli” və “Universal” əmanətləri üzrə şərtlərini yeniləyib

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0
28.11.2024 İqtisadiyyat
Yeni lizinq şirkəti təsis edilib
0 0