USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Temperatur 21 dərəcəyə kimi yüksələcək - DİQQƏT!

11.03.2019 İqtisadiyyat
0 0
“Yaxın iki gündə ölkə ərazisində temperatur 21 dərəcəyə kimi yüksələcək”.

Bu sözləri "Kommersant.az"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, ötən günlərlə müqayisədə temperaturun tədricən yüksələcəyi gözlənilir:

"Yaxın iki gün ərzində ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacağı istisna olunmur. Cənub-qərb küləyinin üstünlüyü müşahidə olunacaq.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 13-18, bölgələrdə 16-21, dağlıq ərazilərdə isə 7-12 dərəcə isti təşkil edəcək.

Havanın temperaturunun yüksəlməsi mart ayı üçün xarakterikdir. Mart ayında hava şəraiti əsasən dəyişkən olur".