USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

BƏƏ-nin energetika naziri Azərbaycana səfər edəcək

11.03.2019 İqtisadiyyat
0 0
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika naziri Süheyl Məhəmməd əl-Məzrui martın 17-də Azərbaycana səfər edəcək.

Bu barədə "Kommersant.az"-a BƏƏ-nin Bakıdakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, əl-Məzrui martın 18-də Bakıda keçiriləcək OPEK ölkələrinin və kartelə daxil olmayan dövlətlərin nazirlərinin 13-cü görüşünə qatılacaq.

Nazir BƏƏ nümayəndə heyətinə rəhbərlik edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.

Qeyd edək ki, martın 17-də Bakıda OPEK Monitorinq komitəsinin birgə texniki komissiyasının 27-ci iclası da keçiriləcək.

  • Əvvəlki

    Yel çərşənbəsində “Bank Respublika”dan əmanətlər üzrə - ƏLA təklif

Digər xəbərlər