USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"LUKoyl"un prezidenti sanksiyaların şirkətə təsirini qiymətləndirib

12.03.2019 İqtisadiyyat
0 0
Rusiyanın neft-qaz sektoruna qarşı texniki sanksiyalar "“LUKoyl"un və ümumilkdə sahənin işinə mənfi təsir göstərib, lakin məhdudiyyətlərə uyğunlaşmaq mümkündür.

"Kommersant.az"-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ""LUKoyl" neft şirkətinin prezidenti Vahid Ələkbərov Hyustonda keçirilən "CERAWeek" neft-qaz konfransında deyib.

V.Ələkbərov bildirib: "Bu gün biz, əlbəttə ki, sanksiya rejimini hiss edirik, bu, yalnız Rusiya şirkətlərinin fəaliyyətinə mənfi təsir göstərmir. Bizə gəldikdə, mürəkkəb yataqların işlənməsinə istiqamətləndirilmiş "Total" ilə birgə iri müəssisə dağıldı. Dəniz əməliyyatları üçün avadanlıqların alınması sanksiya nizamlayıcısı ilə razılaşdırılır".

Şirkətin prezidenti qeyd edib ki, sanksiyalar şirkət üçün həll edilməyəcək problemlər yaratmır. Onun sözlərinə görə, hələ beş il əvvəl yerli şirkətdə avadanlıqların payı 42% təşkil edirdi, bu gün isə bu göstərici 70% bərabərdir: "Bu gün sanksiyalar bizim üçün ziyandır, mənfi təsir edirlər. Lakin biz ümid edirik ki, bu mənfi dövr sabitləşib və yüngülləşməyə başlayacaq".