USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Audi” 11 min avtomobilini bu ölkədən geri çağırır

22.05.2018 İqtisadiyyat
0 0
“Audi”nin Rusiyadakı rəsmi dileri 11 mindən çox avtomobili “era-qlonas” sisteminin iş mexanizmi baş verə biləcək problemlə əlaqədar geri çağırıb

"Kommersant.az" xəbər verir ki, 2017-2018-ci illərdə satılan 11 min 3 "Audi" (A4, A5, Q5, Q7) geri çağırılır. Nəqliyyat vasitələrində şəbəkə keçidi proqramı yenilənəcək.

"Nəqliyyat vasitələrinin geri çağırılmasının səbəbi təcili yardım xidmətlərinə zəng proqramı – "ero-qlanas"da ehtimal edilən problemdir. Əgər qəzadan sonra təcili yardım zəngi edildikdən sonra avtomobildə dəyişiklik olubsa, onun cari vəziyyəti müəyyən edilə bilməz. Bundan başqa həmin andakı təcili zəng kəsilərsə, avtomobilə geri zəng edilə bilməz", - yayılan məlumatda bildirilib.

"Era-qlonas" Rusiyanın təcili cavab vermə sistemidir. Bu, Avropanın ecall/E112 standartı əsasında yaranıb.

  • Əvvəlki

    "TANAP həm region, həm də Avropa İttifaqı üçün strateji layihədir"

Digər xəbərlər

11.03.2025 İqtisadiyyat
Rusiya ixracatında diqqətəlayiq artım
0 0
11.03.2025 İqtisadiyyat
Türkiyə valyutası "batmağa" davam edir
0 0
11.03.2025 İqtisadiyyat
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
0 0