USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Pensiyalarla bağlı sevindirici xəbər! - VİDEO

14.03.2019 İqtisadiyyat
0 0
Bu ayın pensiyaları artımla birlikdə Novruz bayramı ilə əlaqədar vaxtından əvvəl hesablara köçürüləcək.

Artıq 10-dan çox rayonda prosesin icrasına başlanılıb. Ödənişlərin ölkə üzrə martın 18-nə kimi tam başa çatdırılması nəzərdə tutulur. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev həmçinin sosial müavinət və təqaüdlər üzrə artımların aprel ayından tətbiqinə başlanılacağını da bildirib.

Sahil Babayev ölkədə qeyri-formal məşğulluğa qarşı aparılan mübarizənin nəticə verdiyini də bildirib. Təkcə cari ilin iki ayı ərzində əmək müqavilələrinin sayı 53 mindən çox artıb. Bunun da 40 mini özəl sektorun payına düşür.

Nazir açıqlamasında saxta əlilliyin müəyyən edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticələrinə də toxunub. Bildirib ki, bugünədək 1300-dən çox belə fakt üzə çıxarılıb. Aşkar edilən saxta əlillik faktları nəticəsində dövlət büdcəsinə 3 milyon manatdan çox vəsait qaytarılıb. Bu cür hallara yol vermiş aidiyyəti şəxslər barəsində isə inzibati tənbeh tədbirləri görülüb. Sahil Babayev onu da vurğulayıb ki, mart ayı ərzində əlilliyə görə pensiya təminatının elektronlaşması nəzərdə tutulub.