USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Problemli kreditlərin qaytarılması mexanizmi hazırdır” - RƏSMİ

14.03.2019 İqtisadiyyat
0 0
"Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı Prezident İlham Əliyevin imzaladığı fərmanda nəzərdə tutulmuş bütün işlər həyata keçirilir, Maliyyə Bazarlarına Nəzarət Palatası banklarla bu istiqamətdə iş aparır".

"Kommersant.az" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında deyib.

"Hazırda kreditlərin məbləği, sayı dəqiqləşdirilir. Bunun əsasında da müvafiq işlər başlanacaq və normal qaydada ödənişlər həyata keçiriləcək. Maliyyələşmə ilə bağlı mexanizm praktiki olaraq hazırdır. Burada hər hansı bir problem görünmür. Maliyyə Nazirliyində qaynar xətt yaradılıb, suallara cavab verilir. Bütün əsas məsələlər artıq öz həllini tapıb", - nazir qeyd edib.

  • Əvvəlki

    Azər Türk Bankdan şirkət və fərdi sahibkarlar üçün bayram kampaniyası

Digər xəbərlər