USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

BDU rektorunun müşaviri işdən çıxarılıb

15.03.2019 İqtisadiyyat
0 0
Bakı Dövlət Universiteti (BDU) rektorunun müşaviri işdən çıxarılıb.

Müvafiq əmrlə kimya elmləri doktoru, professor İsmayıl Əliyev ali məktəbin rektorunun ümumi məsələlər üzrə müşaviri vəzifəsindən azad edilib.

Onun işdən çıxarılması bir neçə gün əvvəl olub və bununla bağlı əmri həmin dövrdə BDU-nun rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov imzalayıb.

Qeyd edək ki, İ.Əliyev 2014-cü ildən bu vəzifədə çalışırdı. Onu müşavir vəzifəsinə BDU-nun həmin dövrdə rektoru olan akademik Abel Məhərrəmov təyin etmişdi.

İ.Əliyev BDU redkorunun müşaviri olmaqla yanaşı universitetin Həyat fəaliyyəti təhlükəsizliyi kafedrasının müdiri vəzifəsini də tuturdu. O, hazırda kafedra müdiri vəzifəsində qalır. report

  • Əvvəlki

    “Formula 1” üzrə 2019-cu il dünya çempionatı start götürüb

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0
28.11.2024 İqtisadiyyat
Yeni lizinq şirkəti təsis edilib
0 0