USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakı-Naxçıvan avtobuslarının yük yerləri bloklanacaq

15.03.2019 İqtisadiyyat
0 0
“Azərbaycanla İran arasında sərhəd-keçid məntəqələrindəki problemlərin bir qismi həllini tapıb”.

"Kommersant.az" xəbər verir ki, bunu Bakıda keçirilmiş Azərbaycan-İran Hökumətlərarası Komissiyasının 13-cü iclasından sonra jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, bundan sonra Bakıdan Naxçıvana gedən avtobusların yük yerləri həm Astarada, həm də Culfada bloklanacaq: "Bununla da, vətəndaşlarımız muxtar respublikaya daha rahat gedib-qayıdacaqlar".

Bundan başqa, Şahin Mustafayevin sözlərinə görə, İran tərəfi Azərbaycana məxsus yük daşıyıcılarına tətbiq etdiyi zəmanət haqlarının məbləğin azaldacaq. İslam respublikasından Avropa ölkələrinə daşınan yüklərin isə bir hissəsi Naxçıvan ərazisindən keçəcək.

"Bundan başqa, sərhəd-keçid məntəqələrinin 24 saatlıq iş rejiminə keçməsi ilə bağlı da razılıq əldə etmişik", - o əlavə edib.

Report

  • Əvvəlki

    Nizamnamə kapitalı artan banklar - SİYAHI

Digər xəbərlər

27.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
27.11.2024 İqtisadiyyat
Azərbaycan buğda idxalını azaldıb
0 0
27.11.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0