USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Uşağa görə qadınlara verilən müavinət gələn aydan artır

15.03.2019 İqtisadiyyat
0 0
Beşdən çox uşağı olan qadınların hər bir uşağına görə aylıq sosial müavinətinin məbləği aprelin 1-dən 55 manata çatdırılacaq.

"Kommersant.az" xəbər verir ki, dövlət başçısının 25 fevral 2019-cu il tarixli sərəncamı digər müavinət növləri kimi, beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə aylıq sosial müavinətin də əhəmiyyətli dərəcədə artmasına imkan verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, misal üçün, ailədə altı uşaq varsa, həmin ailəyə qeyd olunan müavinət kimi aylıq 330 manat (hazırkı məbləğlə müqayisədə, 132 manat çox) vəsait ödəniləcək. Hazırda Azərbaycanda beşdən çox uşağı olan qadınların doqquz min nəfər uşağına bu müavinət verilir.

25 fevral 2019-cu il tarixli sərəncam müddətli həqiqi hərbi xidmət qulluqçularının 16 yaşa (ümumtəhsil məktəblərində əyani təhsil alanlar 18 yaşa) çatmamış uşaqlarının hər biri üçün ödənilən aylıq müavinətin də məbləğinin artmasını nəzərdə tutur.

Aprelin 1-dən həmin müavinət 68 manatdan 100 manata çatdırılacaq. Hazırda 120 nəfər uşağa bu müavinət növü ödənilir.

  • Əvvəlki

    Bakı-Naxçıvan avtobuslarının yük yerləri bloklanacaq

Digər xəbərlər

27.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
27.11.2024 İqtisadiyyat
Azərbaycan buğda idxalını azaldıb
0 0
27.11.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0