USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu il təzə tərəvəzi 28% daha baha ixrac edirik

18.03.2019 İqtisadiyyat
0 0
Azərbaycan 2019-cu ilin yanvar-fevral ayları ərzində 12 mln. 543,7 min ABŞ dolları dəyərində təzə tərəvəz ixrac edib.

Bu da 2018-ci ilin eyni dövrü ilə müqyisədə 39,2% daha çox məbləğdə təzə tərəvəz ixracının artırılması deməkdir.

"Kommersant.az" Dövlət Statistika Komitəsinin açıqlamasına istinadən bu barədə xəbər verir.

İxrac olunan məhsulun ümumi həcmi 15 mln. 278,5 min ton təşkil edib ki, bu da tonuna 1 218 ABŞ dolları valyuta daxil olması deməkdir. Ötən ilin müvafiq dövründə isə bir tonuna təzə tərəvəz üçün 949 dollar valyuta daxil olmuşdu.