USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan Avropa ölkələrinə tekstil malları ixrac edəcək

22.03.2019 İqtisadiyyat
0 0
"Azərbaycan Avropanın bir sıra ölkələrinə, o cümlədən Portuqaliyaya tekstil malları ixrac edəcək”.

Bunu Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mehriban Axundova bildirib. "Portuqaliyaya 60-100 ton həcmində 100% pambıq iplik göndərilməsi nəzərdə tutulub. Bu ölkə ilə 1 illik müqavilə imzalanıb və hər ayın əvvəlində satış qiymətləri razılaşdırılacaq. Bundan başqa, digər Avopa ölkələri - Böyük Britaniya, Polşa və Estoniya ilə ixraca dair danışıqlar planlaşdırılır. Estoniyaya ixrac baş tutsa, buradan Azərbaycana məxsus tekstil malları Şimali Avropa ölkələrinə ixrac oluna bilər", - deyə o qeyd edib. Sədrin sözlərinə görə, Azərbaycan hazırda Rusiya, Ukrayna, Belarus, Türkiyə və İrana tekstil malları ixrac edir: "Məsələn, Rusiyaya ixrac 2016-cı ildən başlayıb. Ötən il bu ölkəyə ixracın dəyəri 5 mln. ABŞ dollarından çox olub. Rusiyaya ixracda hər il, təxminən, 20% artım baş verir. Bu il də bu qədər artım gözləyirik"

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0