USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

25.03.2019 İqtisadiyyat
0 0
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

"Kommersant.az" xəbər verir ki, Amerika mərkəzi bankının sonuncu açıqlamalarından sonra Avrozona iqtisadiyyatına dair investorların ehtiyatlı mövqeyi, avronun 1.13$-a kimi ucuzlaşmasına səbəb olub. Lakin təhlillərə əsasən, EUR/USD məzənnəsi 1.1319$-ı yuxarı istiqamətdə qırarsa, yenidən 1.1389$-a kimi bahalaşacağı proqnozları güclü olaraq qalır.

Bununla yanaşı, cümə günü Bakı vaxtı ilə saat 14:00-da açıqlanacaq Avrozona iqtisadiyyatına dair önəmli statistik göstəricilər də investorların diqqət mərkəzindədir.

GBP

İngiltərədə Breksit risklərinin artması funtun keçən həftə ərzində 1.30$-a kimi ucuzlaşmasına təsir etdikdən sonra yenidən bahalaşmağa başladığı müşahidə edilir. Dünya valyuta birjalarında bazar ertəso 1.3191$-a ticarət edilən GBP/USD məzənnəsi üzrə təhlillərə əsasən, qiymət 1.3250$-ı yuxarı istiqamətdə qırarsa, 1.3310 və 1.3380$-a kimi də bahalaşa bilər.

TRY

Türkiyə valyuta birjalarında isə dolların qiyməti 5.84TL-yə kimi bahalaşdıqdan sonra ucuzlaşmağa başlayıb və 5.5726TL-ni aşağı istiqamətdə qırarsa, 5.4883TL-yə kimi də ucuzlaşa bilər.

OIL

Avropanın Brent markalı neftinin qiyməti 67.13$-ı yuxarı istiqamətdə qırarsa, 68.67$-a kimi də dəyər qazana bilər.

Bu həftənin çərşənbə günü saat 18:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.

GOLD

Əlvan metallar bazarlarında qızıl qiymətləri 1316$-a (42.3 $/qram) kimi dəyər qazanıb və təhlillərə əsasən, tələbin daha da artması, bir unsiya üzrə qiymətin 1321 (42.5 $/qram) və 1327$-a (42.7 $/qram) kimi dəyər qazanmasına səbəb ola bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

  • Əvvəlki

    Türkiyədə dollar kəskin bahalaşdı

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0