ABŞ-ın Florida ştatında "Boeing 737 Max" təyyarəsi təcili eniş edib.
"Kommersant.az"-ın məlumatına görə, təcili enişə səbəb təyyarənin mühərrikində olan problem olub. Göyərtəsində sərnişin olmayan "SouthWest Airlines" aviaşirkətinə məxsus təyyarə Orlando hava limanında enib.
Qeyd edək ki, bu modifikasiyalı təyyarələrin sərnişinlərlə uçuşu Efiopiya və İndoneziyadakı qəzalardan sonra qadağan edilib. Təyyarə Kaliforniyaya müvəqqəti saxlanma yerinə uçurdu.