USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda unun qiyməti ucuzlaşdı

10.04.2019 İqtisadiyyat
0 0
Azərbaycanda unun topdansatış qiyməti aşağı salınıb.

"Kommersant.az" bildirir ki, bu barədə ONA-ya "Karat Holdinq" MMC-nin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunur ki, idxal buğdasının alış qiymətində son günlərdə baş vermiş enmələr istehsal olunan unun maya dəyərinin aşağı düşməsinə imkan yaradıb. Ona görə də əsas tələbat məhsullarından olan un istehsalı və satışını həyata keçirən "Karat Holdinq" indiyədək topdansatış qiyməti 25,95 manat olan 1 kisə 50 kq-lıq "Karmen" ununun topdansatış qiymətini bu gündən 25,45 manat müəyyənləşdirib.

"Karat Holdinq" MMC-dən bildirilib ki, məhsulun topdansatış qiymətində baş vermiş ucuzlaşma tezliklə həmin məhsulların pərakəndə satış qiymətinin də ucuzlaşmasına səbəb olacaq. Şirkət bundan sonra da istehlakçılara yüksək keyfiyyətli və sərfəli qiymətlərlə mal təqdim olunması istiqamətində səylərini davam etdirəcək.

  • Əvvəlki

    Pensiyalarla bağlı - YENİ XƏBƏR

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0
28.11.2024 İqtisadiyyat
Yeni lizinq şirkəti təsis edilib
0 0