USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda keçiriləcək idman oyunları ilə bağlı hansı vergi güzəştləri tətbiq olunacaq?

11.04.2019 İqtisadiyyat
0 0
Milli Məclis Vergi Məcəlləsinə dəyişikliklər edilməsi barədə yeni qanun layihəsini təsdiq edib.

"Kommersant.az" məlumat verir ki, dəyişikliklərə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Azərbaycanda keçiriləcək UEFA Avropa Liqasının final matçı və "AVRO-2020"nin oyunları ilə əlaqədar ölkəyə idxal olunan aksizli mallar aksizdən azad edilib.

Bununla bağlı Məcəllənin 188-ci maddəsinə yeni bənd əlavə edilib: "188.1.6. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar idxal edilən mallar".

Dəyişikliklərdə UEFA Avropa Liqasının final matçı və "AVRO-2020"nin oyunları ilə əlaqədar malların təqdim olunması, işlər görülməsi və xidmətlər göstərilməsinə cəlb edilən qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində, qeyri-rezident futbol klublarının oyunçularının və işçilərinin həmin oyunlarla bağlı əldə etdiyi gəlirlərin gəlir vergisindən azad olunması əksini tapıb. Eyni zamanda UEFA-nın, onu təmsil edən və onun yaratdığı qeyri-rezident hüquqi şəxslərin, qeyri-rezident futbol klublarının (assosiasiyalarının) həmin oyunla və çempionatla bağlı əldə etdiyi gəlirləri də mənfəət vergisindən azad olunacaq.

Avropa Liqasının final matçı və "AVRO-2020" zamanı göstərilən xidmətlərə və malların idxalına tətbiq edilən ƏDV də sıfıra endiriləcək. Bununla bağlı Vergi Məcəlləsinin 164-cü maddəsinə 2 bənd əlavə edilib:

"164.1.43. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu ilə əlaqədar UEFA, onun yaratdığı qeyri-rezident hüquqi şəxslər və qeyri-rezident futbol klubları (assosiasiyaları) tərəfindən həmin oyunla bağlı malların təqdim edilməsi, işlər görülməsi və xidmətlər göstərilməsi, habelə malların idxalı;

164.1.44. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Azərbaycan Respublikasında keçirilən UEFA 2020 futbol çempionatı ilə əlaqədar UEFA, onu təmsil edən, habelə onun yaratdığı və tərəfindən səlahiyyətləndirilmiş hüquqi şəxslər tərəfindən çempionatla bağlı malların təqdim edilməsi, işlər görülməsi və xidmətlər göstərilməsi, habelə malların idxalı".

Qeyd edək ki, yeni qanun oyunların keçirildiyi müddətdə - 2019-cu il martın 1-dən 2020-ci ilin avqustun 1-dək qüvvədə olacaq.

Fins.az

  • Əvvəlki

    OPEC mart ayında neft hasilatını 30,2 mln. barelə endirib

Digər xəbərlər

27.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
27.11.2024 İqtisadiyyat
Azərbaycan buğda idxalını azaldıb
0 0