USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

2 müsəlman ölkəsi Türkiyəni yox etmək üçün HƏRƏKƏTƏ KEÇDİ: - 1 milyard dollar verdilər və...

12.04.2019 İqtisadiyyat
0 0
Birləşmiş Ərəb Əmirliyi və Səudiyyə Ərəbistan PKK terror təşkilatına 1 milyard dollar yardım edib.

"Kommersant.az" Publika.az- a istinadən xəbər verir ki, bu barədə Ər-Riyad görüşlərinə Suriya müxaliflərinin təmsilçisi olaraq qatılan Mustafa Səcəri deyib.

Səcərinin iddiasına görə, səudiyyəli nazir Semir Sebhan PKK-ya pul dəstəyini idarə edir: "2016-cı ildən sonra Körfəz ölkələrindən suriyalı müxaliflərə yardım kəsildi. Hazırda Azad Suriya Ordusu Türkiyə və bir neçə ölkədən dəstək alır. Müharibənin ilk günlərindən başlayaraq, Birləşmiş Ərəb Əmirliyi və Səudiyyə Ərəbistanı PKK-ya 1 milyard dollara yaxın yardım edib. Bu iki ölkənin yüksək səviyyəli rəsmiləri Qamışlı, Əyn əl-Ərəb, Əyn İsa, Münbiç və Rakkaya dəstək səfərləri ediblər. Bölgədə aşirət liderlərinin PKK-ya dəstəyini də bu iki ölkə təşkil edir".

Səcəri qeyd edib ki, Türkiyənin dəstəyini onlar istəyiblər.

"Toraqlarımızdan türk tanklarını biz istədik. İran, Rusiya, ABŞ, İngiltərə, Hollandiya və bir çox ölkənin Suriyada hərbi gücü var. Lakin bəzi ölkələr və Bəşər Əsəd xüsusilə Türkiyənin hərbi gücündən narahatdırlar. Türk tankları bizim cəsədlərimizi əzmədən Suriyadan çıxmaz. Çünki türkiyə çıxarsa, rus raketləri və İranın dəstəklədiyi döyüşçülər qorxulu qətliam və talana başlayacaqlar. Türk əsgəri bizim qarantımızdır. Eyni siyasi dili danışan iki millətik. Türkiyəli qardaşlarımızla eyni hədəfə doğru gedirik və birlikdə qazanacağımızdan şübhəmiz yoxdur", - deyə o bildirib.