USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qaz və işığın limiti artırılsın - Parlamentdə təklif

23.04.2019 İqtisadiyyat
0 0
Milli Məclisin bu gün keçirilən iclasında qaz və elektrik enerjisinin limitinin artırılması təklif olunub.

"Kommersant.az"-ın xəbərinə görə, bununla bağlı çıxış edən deputat Fazil Mustafa qeyd edib ki, insanlardan bununla bağlı təkliflər gəlir və onlar limitin artırılmasını istəyirlər:

"Mən təklif edirəm ki, bu limitlər azı iki dəfə artırılsın. Xüsusən də həyət evlərində yaşayanlar imkansızdırlar və onlar borcu ödəyə bilmirlər.

Oqtay müəllim, xahiş edirəm ki, bu məsələni gündəliyə salasınız və yuxarı orqanlarla bu məsələni razılaşdırıb həllinə nail olasınız".

Eyni zamanda, deputatlar Qənirə Paşayeva və Tahir Kərimli də həmkarının təkliflərini dəstəkləyib.

T.Kərimli limitin ən azı bir və ya bir yarım artırılmasını təklif edib.