USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əhaliyə verilən təbii qazın qiyməti düşəcək - UKRAYNADA

23.04.2019 İqtisadiyyat
0 0
Ukraynanın baş naziri Vladimir Groysman ölkədə əhalitə verilən təbii qazın qiymətinin azalması barədə qərar vermək üzərində işləyir. Bu barədə “RİA Novosti” Ukrayna mətbuatına istinadən xəbər verir.

"Kommersant.az" Bizimyol.info-a istinadən xəbər verir ki, Groyman vətəndaşlara verilən təbii qazın qiymətinin azaltmaqda davam edəcəkləri barədə məlumat verilib. Baş nazirin sözlərinə görə, hər hansı bir bazarda qiymətlərin dəyişməsindən asılı olmayaraq Ukraynanın qaza olan daxili təlabatının ödənilməsi üçün istehsalın azaldılması döğru seçim deyil.

Əvvəllər "Naftoqaz"ın rəhbəri Ukraynada qaz böhranı təhlükəsi barədə məlumat vermişdi. O, əhalinin qaza olan daimi təhcizat ehtiyacının ödənilmısi ssenarinin reallaşması üçün Ukraynaya 20 milyard kubmetr ehtiyat mavi yanacaq toplamaq lazım olduğunu bildirmişdi.

Ukraynanın Nazirlər Kabineti və "Naftoqaz" artıq əhaliyə verilən təbii qazın qiymətini mayın 1-dən 3,5 faizədək azaltmaq barədə qərarı təstiqləyib. Qazın qiyməti min kubmetrə görə 8,55 min grivnadan (təxminən 318 dollar) 8,24 min grivnaya (təxminən 307 dollar) düşüb.

3 aprel tarixində Ukrayna hökuməti BVF-nin tələbi ilə qiymət artımından qaçmaq üçün əhalinin qaza olan borclarını ləğv etmişdi. Ukraynalı ekspertlər, belə bir tədbirin qısa müddətdə tarifləri 2 faiz azaldıracağını lakin gələcəkdə yenidən artıma səbəb olacağını söyləyir.