USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“İçərişəhər məsələsinə münasibət bildirmək istəmirəm” - Memarlar İttifaqının sədri

25.04.2019 İqtisadiyyat
0 0
Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə İçərişəhərdə aparılan tikinti işlərinə münasibət bildirməkdən imtina edib.

"Kommersant.az" xəbər verir ki, o, "Report"un əməkdaşı ilə söhbətində hazırda ölkədən kənarda olduğunu deyib: "Mən hazırda Moskvadayam, Bakıda deyiləm. İçərişəhər məsələsinə heç bir münasibət bildirmək istəmirəm".

Qeyd edək ki, İçərişəhərdə aparılan tikinti işləri mövzusu mətbuatda və sosial şəbəkələrdə geniş müzakirə olunur. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi isə açıqlama verərək aparılan tikinti işlərinin qala divarlarına və ümumiyətlə, İçərişəhərə ziyan vurmadığını bildirib.