USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Beynəlxalq Valyuta Fondunun Özbəkistanla bağlı yeni qərarı

26.04.2019 İqtisadiyyat
0 0
Özbəkistanın Dövlət Vergi Komitəsinə Beynəlxalq Valyuta Fondunun (BVF) daimi məsləhətçisi təyin olunub.

Daimi məsləhətçinin – Litva vətəndaşı Modestas Kaselyauskasun vəzifələrindən biri vergi xidməti sahəsində korrupsiyanın qarşısının alınmasına kömək etmək olacaq. BVF-nin vergi-büdcə məsələləri üzrə departamentinin həyata keçirdiyi layihə çərçivəsində təyin olunmuş məsləhətçi Özbəkistanın Dövlət Vergi Komitəsinə və Maliyyə Nazirliyinə ortamüddətli islahat strategiyasının hazırlanmasında və həyata keçirilməsində kömək edəcək. Modestas Kaselyauskasın səlahiyyətlərinə yüksək texnologiyalı, avtomatlaşdırılmış və müasir standartlara cavab verən sahənin, eləcə də korrupsiyalaşmamış vergi xidmətinin yaradılmasına yardım etmək olacaq.

45 yaşlı Modestas Kaselyauskas 2005-2014-cü illərdə Litvanın Maliyyə Nazirliyi yanında Dövlət Vergi Müfəttişliyinin rəhbəri olub və ölkənin vergi orqanlarında müxtəlif vəzifələrdə çalışıb.