USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Trampla Yaponiyanın baş nazirinin İran nefti ilə bağlı müzakirəsi

28.04.2019 İqtisadiyyat
0 0
ABŞ prezidenti Donald Trampın Yaponiyanın baş naziri Sinzo Abe ilə görüşünün gedişində İrandan neft idxalının tam dayandırılması ilə bağlı tədbirlər müzakirə edilib.

"Kommersant.az" xəbər verir ki, bu barədə Reuters agentliyi ABŞ-ın Yaponiyadakı səfiri Uilyam Hagertiyə istinadla məlumat yayıb. Səfir bildirib ki, liderlər görüş zamanı KXDR ətrafında vəziyyəti və sanksiya təzyiqinin saxlanmasını da müzakirə ediblər. Onlar, həmçinin ikitərəfli iqtisadi əməkdaşlıq, o cümlədən yapon avtomobillərinin ABŞ-da istehsalı məsələlərinə toxunublar. Yaponiyanın baş naziri Sinzo Abe ABŞ-da ikigünlük səfərdədir. O, cümə günü Ağ evdə prezident Donald Trampla təkbətək danışıqlar aparıb.

  • Əvvəlki

    DİM bu gün növbəti imtahanları keçirib - Nəticələr yayda açıqlanacaq

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0
28.11.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0
28.11.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0