USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu il aktiv məşğulluq proqramlarından 68 mindən çox şəxs faydalanıb

28.04.2019 İqtisadiyyat
0 0
Cari ilin yanvar-mart ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin aktiv məşğulluq proqramlarından 68 mindən çox şəxs faydalanıb.

Nazirlikdən "Kommersant.az"-a verilən məlumata görə, onlardan 34 minə yaxın şəxs işlə təmin olunub. 1000-dən çox iştirakçı özünüməşğulluq proqramına, 212 nəfər əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib. 33 minə yaxın gəncə isə peşəyönümü məsləhətləri verilib.

Həmçinin Dövlət Məşğulluq Xidməti tərəfindən cari ilin birinci rübü ərzində bir sıra ali təhsil müəssisələrində "Karyerada ilk addım" devizi altında aktiv məşğulluq tədbirləri də keçirilib. İl ərzində 10-dan çox ali təhsil ocağında belə aktiv məşğulluq tədbirlərinin keçirilməsi, həmçinin gələn aydan respublikamızın bölgələrində əmək yarmarkalarının keçirilməsinə başlanması nəzərdə tutulur.

  • Əvvəlki

    Bank VTB (Azərbaycan)-ın “Əcəmi” filialı şənbə günü kompensasiya üzrə ödənişləri həyata keçirəcək

Digər xəbərlər

27.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
27.11.2024 İqtisadiyyat
Azərbaycan buğda idxalını azaldıb
0 0
27.11.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0