USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neft Fondu AÇG layihəsindən gələn gəlirləri açıqladı

29.04.2019 İqtisadiyyat
0 0
Bu ilin I rübü ərzində Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin və “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensatın satışından 2,243 mlrd. dollar daxil olub.

Kommersant.az bu barədə ARDNF-ə istinadən xəbər verir.

Bu məbləğin 91 mln. dolları "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən kondensat satışının payına düşüb.

Məlumata görə, 2001-ci ildən bu il aprelin 1-dək AÇG layihəsindən fonda 140,450 mlrd. dolları daxil olub.